Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 11:50:00
Hansısa müəllimin rəqs etməsi kimi bir hərəkəti “söz konusu” deyil... -NADİR İSRAFİLOV

 

 

Azedu.az təhsil eksperti, AR Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir israfilovun son günlər sosial şəbəkələrdə səs-küyə səbəb olan və cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bir məsələ - xanım müəllimin dərsdən sonra sinif otağında rəqs etməsi- ilə bağlı yazısını təqdim edir:

 

 

Belə bir deyim var: "Rəqs et, sanki heç kim səni görmür. Oxu, sanki heç kim səni eşitmir...” Müəllimlik peşədir. Bu peşənin sahibi də bir varlıq olaraq insandır. Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər. Bu onun insanlıq haqqıdır. Bununla belə, mən ümumiyyətlə heç vaxt bu kimi olayların ictimailəşdirilib gündəmə gətiriməsinin tərəfdarı olmamışam. Çünki, hər hansı bu qəbildən olan məsələ böyüdülüb şişirdiləndə müstəvisindən çıxıb, özünə yeni-yeni tərəfdarlar və əleydarlar tapır, şou səviyyəsinə qaldırılaraq geniş ictimaiyyəti təhsilin əsas vəzifələrindən yayındırır...

 

Bir müddət əvvəl replə dərs keçməklə gündəmə gəlib, məşhurlaşan ucqar bölgə müəllim ətrafında gedən “disskussiyalar” yəqin ki, çoxlarının yadından çıxmamış deyil. İndi də sanki, rəqs etmək kompaniyasına start vermişik. Sual oluna bilər ki, müəllimin oxumasında, oynamasında, digərlərı kimi əylənməsində nə qəbahət var ki ? Qəbahətmiz ondadır ki, bizim cəmiyyət “dərs motivasiyası”, “uğurlu dərs” modeli kimi əyləncə xarakterli maraqlı sayıla biləcək layihələrə hələ ki, kifayət qədər hazır deyil.

 

Baxmayarq ki, son günlər gündəmi zəbt edən, heç də hamı tərəfindən birmənalı qarşılanmayan müəllimin rəqs etməsi ilə bağlı sözügedən sıradan olan bir görüntü dərs və iş saatında baş verməsə də, bununla belə onun yaratdığı Piqmalion – gözlənti effekti müəllim haqqında mənfi  rəy yaratmaqda, müəllim adına qarayayaxma kompaniyasının yeni vüsət almasında kifayət qədər öz işini görmüş olub.

 

Hesab edirəm ki, məsələnin əsıl mahiyyətini müəllimin rəqs etməsində deyil, videonun görüntülərini tirajlayıb yayanların məqsədində axtarmaq lazımdır. Rəqsin “Məsti xumar” musiqisi ilə müşayət olunmasının qabardılması da qərəzli məqsəddən xəbər verən amillərdən biridir. Müəllimlə bağlı sıradan olan hər hansı bir faktın ictimailəşdirilərək, bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi, bayağılaşdırılması və cəmiyyətə təqdim edilməsi,  təkcə müəllim adına deyil,  bütövlükdə cəmiyyətə baş ucalığı gətirən hal deyil.

 

Bir də ki, bu sıradan olan sosial bir məsələdir, təhsilin problemi deyil... Təhsilin əsas problem isə heç də hansısa müəllimin rəqs etməsində deyil, təhsilimizə olan baxışımızdadır, bu priotitet sahəyə yanaşma tərzimizdədir, onun fəlsəfəsini lazımınca dərk etməməyimizdədir. Bu mənada dartışdırılan məsələ “söz konusu” ola bilməz...