
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Goranboy rayonunda vətəndaşları qəbul edəcək.
AzEdu.az xəbər verir ki, qəbulda Naftalan şəhər, Goranboy rayon sakinləri, o cümlədən burada məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul martın 17-də saat 11:00-da Goranboy rayon Heydər Əliyev Mərkəzində (Goranboy şəhər Dədə Qorqud küçəsi, Heydər Əliyev parkı) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Gəncə Regional Bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı, İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (022) 256-50-67) xahiş olunur.
Bundan əlavə, qəbul gəlmək istəyənlər Naftalan şəhər, Goranboy rayon Təhsil şöbələrinə martın 16-na qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.