Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 11:40:00
Bağçalarla bağlı proseslər ləng gedir – Nazir səbəbləri açıqladı

 

 “Aprel ayının 1-dən etibarən Təhsil Nazirliyi uşaq bağçalarının təchizatı və təminatı məsələləri ilə məşğul olmağa başlayıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev UNEC-i ziyarət zamanı jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

 

Nazir bağçalarla bağlı vahid məlumat bazası olmadığı üçün prosesin ləngidiyini   bildirib:

 

“Bu məsələ ilə bağlı biz daha çox diaqnostik mərhələdəyik. İlkin məqsədimiz həmin bağçaların fəaliyyətinin öyrənilməsi,burada əsasən, tədris, təhsil, o cümlədən, uşaqların qidalanma və digər məsələlərlə bağlı məlumatları toplamaqdır. Düşünürəm ki, bu istiqamətdə vahid məlumat bazası olmadığı üçün proses daha ləng gedir. Amma hazırda nazirliyin nümayəndələri 1600-dən artıq uşaq bağçasında olub. İlkin məlumatlar bizdə mövcuddur, amma daha çox vaxta ehtiyacımız var”.