
Beynəlxalq Türk – Sudan Universiteti yaradılır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yaxın vaxtda Türkiyədə yeni universitetin əsası qoyulacaq.
Bu barədə Türkiyə təhsil naziri Ziya Səlcuq məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq Türk-Sudan Universitetinin yaradılması nəzərdə tutulan müqavilə artıq hazırdır. Z.Səlcuq yeni universitetin açılması üçün Sudanın təhsil naziri ilə görüşüb.
Nazirinin sözlərinə görə iki ölkə arasında əlaqələrin güclənməsi peşə təhsili, dini təhsil, əcnəbi dillərin tədrisi istiqamətində önəmli addımların atılmasına səbəb olacaq.
O bildirib ki, Beynəlxalq Türk - Sudan Universitetinin yaradılması Sudan prezidenti Ömər Bəşirin Türkiyə səfəri zamanı reallaşacaq. Universitetdə bakalavrla yanaşı magistratura və doktorantura pillələri üzrə təhsil də mümkün olacaq.