
2019-01-09 11:43:00
Doktoranturaya və dissertanturaya qəbul başladı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı “Azərbaycan” qəzetinin 4 dekabr 2018-ci il tarixli 273 nömrəsində elan dərc edilib. Elana əsasən müxtəlif ixtisaslar üzrə 18 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 9 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 7 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılıb.
AzEdu.az xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 6 dekabr 2018-ci il tarixli 3/173 nömrəli əmri ilə Sənəd Qəbulu Komissiyası yaradılmışdır. 7-25 dekabr 2018-ci il tarixlərdə ADPU-da sənəd qəbulu keçirilmişdir. Bu dövrdə komissiyaya 45 nəfər sənəd təqdim etmişdir: 33 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya, 7 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, 5 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya.
7 yanvar 2019-cu il tarixdən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya müsahibələr başlayıb.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39