
2019-01-14 23:05:00
Şəkidə buraxılış imtahanlarının yeni qaydalarından danışılacaq
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 19-da Şəki şəhərində fransız və alman dili fənləri üzrə buraxılış imtahanlarında tətbiq ediləcək modelə dair elmi-metodik seminar keçirəcək. DİM-dən AzEdu.az-a bildirilib ki, saat 11:00-da Şəki şəhəri 5 nömrəli tam orta məktəbdə keçiriləcək seminarda qurumun şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının yeni qaydalarından danışacaq.
Seminarda Azərbaycan Dillər Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru Çəmən Babaxanova fransız dili fənni üzrə, həmin ali məktəbin dosenti Raya Həsənova isə alman dili fənni üzrə buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları barədə məlumat verəcəklər.
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00