
2019-01-15 10:01:00
Şagirdlər müəlliməni döyüb xəstəxanalıq etdilər
Rusiyanın Samara vilayətində şagirdlər müəlliməni döyərək xəstəxanalıq ediblər.
AzEdu.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, müəllimə iki dalaşan məktəblini ayırmaq istəyirmiş, nəticədə 15 yaşlı şagirdin yumruq zərbəsi onun üzünə dəyib və huşunu itirib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, müəllimə yerə yıxılandan sonra daha iki şagird onu təpikləməyə başlayıb. Sən demə müəlliməyə hücum əvvəlcədən planlaşdırılıb.
Qadını qapalı kəllə-beyin travması və hematoma diaqnozu ilə xəstəxanaya yerləşdiriblər.
Samara vilayətinin Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.
Bu bölməyə aid digər xəbərlər
4 məktəb, 5 bağça müdiri işdən ÇIXARILDI
2024-05-30 08:30:33
9-cu sinif şagirdi 30 yaşlı kişi ilə evləndirilir? - Polis hərəkətə keçdi
2024-05-25 09:19:00
Direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir
2024-03-29 17:35:39
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH
2024-03-23 10:05:00
Şagirdləri tətil müddətində dərslə yükləmək doğru deyil
2024-03-19 16:00:49
Azərbaycanda altıncı sinif şagirdi vəfat etdi- FOTO
2024-03-18 10:12:01
Kim gəldi ekspertlik edir, cəzasını təhsil, xalq çəkir...
2024-03-11 16:06:00
65 yaşında müəllimi çıxarırıq, sonra da kadr axtarırıq…
2024-02-27 14:11:14
DİN: Məktəbli qızın qeyri-etik davranışına dair görüntülər araşdırılır
2024-02-19 23:48:00
Bağçada səs yazısı yayılıb: Təsərrüfat müdiri işdən çıxarıldı - YENİLƏNİB
2024-02-14 19:40:00