
2019-02-01 14:57:00
40 yerlik yeni uşaq bağçası tikilir
Xaçmaz rayonunun Xudat şəhərində 40 yerlik yeni uşaq bağçası tikilir.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ilin dekabr ayından tikintisinə başlanılan birmərtəbəli bağçanın ümumi sahəsi 1600 kvadratmetrdir.
Xudat bələdiyyəsinin sədri Elman Allahyarov bildirib ki, uşaq bağçası balacaların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün lazımi inventarla təchiz olunacaq. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılacaq.
Hazırda binanın dam örtüyü tikilir. Bağçanın bu ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Xudat şəhərində 9 uşaq bağçası fəaliyyət göstərir.
Bu bölməyə aid digər xəbərlər
Qapı arxasında qalan 4 yaşlı uşaq belə xilas edildi - Video
2024-03-24 15:37:28
Bakıda 16 nəfər bağça müdiri vəzifəsinə qəbul olunub
2023-12-26 10:00:00
Bağçalara qəbulda qızılcaya qarşı peyvənd tələb olunur - RƏSMİ
2023-12-18 16:19:40
Günün hava PROQNOZU
2023-12-10 11:00:00
Anasının imtina etdiyi körpə Sumqayıt xəstəxanasında ölüb
2023-11-25 15:30:13
Füzulidə 240 yerlik uşaq bağçasının təməli qoyulub
2023-10-16 13:04:00
Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təlimlər keçirilir
2023-10-03 14:17:00
Bağça müdiri olmaq istəyənlər bu gündən sənəd verəcəklər
2023-07-31 09:09:52
Bağça müdiri olmaq istəyənlərə rəsmi MÜRACİƏT
2023-07-27 13:30:00
Sabahdan bağçalara qəbul BAŞLAYIR
2023-07-24 09:35:05