
2019-02-06 17:23:00
Dövlət qulluğu üçün müsahibəyə sənəd qəbulu davam edir
Dövlət İmtahan Mərkəzi tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir.
DİM-dən AzEdu.az-a bildirilib ki, fevralın 6-na olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 6 nəfər ərizə verib.
Xatırladaq ki, ümumilikdə Hesablama Palatasında 5, Qida Təhlükəsizliyi Agentliyində 5, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 11 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Namizədlər martın 7-si saat 18:00-dək mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.
Bu bölməyə aid digər xəbərlər
Dövlət qulluğu üzrə sertifikat üçün qeydiyyat aparılır
2023-07-24 11:30:21
Dövlət qulluğunun rəhbər vəzifələri üçün imtahan keçiriləcək
2023-07-21 09:24:49
12 dövlət qurumunda 61 vakant vəzifə müsahibəyə çıxarıldı
2023-07-14 15:38:37
Dövlət qulluğuna qəbul olunanlar and içdilər
2023-06-24 10:53:07
1 may tarixli dövlət qulluğu müsabiqəsinə sənəd verənlərə XƏBƏRDARLIQ
2023-06-14 09:15:19
Dövlət qulluğuna qəbulda dəyişiklik edildi
2023-06-07 17:21:42
Aprelin 30-da dövlət qulluğuna imtahan keçiriləcək
2023-04-19 09:55:23
Məmur olmaq istəyənlər üçün müsahibələrin keçirilmə qrafiki AÇIQLANDI
2023-04-14 15:14:52
Dövlət qulluqçularının reyestr qaydası hazırlanacaq - FƏRMAN
2023-04-10 10:50:02
Məmur olmaq istəyənlər üçün imtahan - “buraxılış vərəqəsi”ni çap etsinlər!
2023-03-14 10:43:58