
Araşdırmalar göstərir ki, insanların əksəriyyəti dünyanın inkişaf etmiş ölkələrində ucqar kənd məktəblərinin belə müasir standartlara cavab verən binalardan ibarət olduğunu zənn edirlər.
Əslində isə dünya üzrə istənilən ölkənin ucqar kəndlərində yerləşən bəzi məktəblərin və həmin məktəblərdə təhsil alan şagirdlərin ümumi mənzərəsini müsbət qiymətləndirmək mümkün deyil. Xüsusilə, bəzi kənd məktəblərinin və şagirdlərin vəziyyəti olduqca acınacaqlıdır. Bütün bu çətinliklər həmin məktəblilərin elmə olan həvəsini qətiyyən öldürmür.
AzEDU.az dünyanın müxtəlif bölgərinin ucqar kəndlərindəki təhsil həyatını əks etdirən fotoları təqdim etməklə heç bir şəraiti, hətta binası belə olmayan məktəblərdə şagirdlərin təhsilə, elmə olan həvəsini diqqətə çatdırır: