Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-18 16:11:00
MEK-da Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan sərgi açılıb

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Prezident İlham Əliyev “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncam imzalayıb.

AMEA Mərkəzi Elmi Kitabxanadan (MEK) AEdu.az-a bildirilib ki, Sərəncamdan irəli gələn vəzifələrin icrası çərçivəsində kitabxanada Cəlil Məmmədquluzadəyə həsr olunan sərgi açılıb. Sərgidə Mirzə Cəlilin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında “Cümhuriyyət”, “Danabaş kəndinin əhvalatları”, “Bəlkə də qaytardılar”, “Hekayələr”, “Mirzə Cəlil və Məmmədquluzadələr (məktublaşma)”, “C.Məmməqduluzadə (Biblioqrafiya)”, “Cəlil Məmmədquluzadə” (İsa Həbibbəyli), “Cəlil Məmmədquluzadə. Molla Nəsrəddin arxivinin təsviri” (Afaq Əliyeva), “Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri”, “İnsanlar və talelər” (Məmməd Cəfər Cəfərov), “Cəlil Məmmədquluzadə taleyi və sənəti” və digər kitablar yer alıb.

Nümayiş olunan kitablar MEK-in elektron kataloqunda qeyd edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi fevralın 23-dək davam edəcək.