
Azərbaycanı son illərədək sadəcə petrol ölkəsi kimi tanıyırdılar. Amma şükürlər olsun ki, qara qızılımızı insan kapitalına çevirə bilmədiyimizdən gileylənənlər üçün tutarlı cavab olacaq çox müasir və peşəkar gəncliik ordusuna sahiblənməkdəyik. Bu gün gənclərimizin sorağı dünyanın ən nüfuzlu universitetlərindən gəlir və onlar təkcə təhsil almaqla kifayətlənmirlər, eyni zamanda vətəndaşı olduqları ölkənin həqiqətlərini dünyaya çatdırmaq üçün sözün həqiqi mənasında mücadilə aparırlar. Bunlardan biri də Samirdir.
Kəlbəcər rayonun İstisu qəsəbəsindən olan Samir Məmmədov hazırda dünyanın ən tanınmış universitetlərindən biri olan Çinin "CCNU - Mərkəzi Çin Pedaqoji Universiteti"nin magistr tələbəsidir. Bir müddət öncə universitetin akademik jurnalında onun “Qarabağ münaqişəsinin sülh perspektivləri” mövzusunda yazısı dərc olunub. Məqalə ingiliscə və çincə olmaqla 2 dildə nəşr olunub.



