
2019-02-23 15:51:00
Akademik Akif Əlizadənin 85 yaşına...
Akademik dərəcəsi alimliyin ən yüksək pilləsidir. Ağıllı adamlar bu səviyyəni fəth edən insanlara ehtiram göstərməkdən çəkinməzlər…
...Əlizadə soyadı ölkəmizdə kifayət qədər tanınan bir şəcərəyə məxsusdur.
Azərbaycan xalqının bu gün də ehtiramla yad etdiyi seyidlərdən Seyidəli ağa Mirmövsümzadə, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın şeyxülislamı kimi yüksək vəzifələrdə çalışmış görkəmli din xadimi Axund ağa Əlizadə və bir vaxtlar Azərbaycan gənclərinə liderlik etmiş Məsud ağa Əlizadə də bu şəcərənin övladları olublar…
Haqqında söhbət açdığım akademik də həmin şəcərədənin nümayəndəsidir. O, 1934-cü ildə tanınmış həkimlər- Ağamehdi və Əfşan xanım Əlizadələrin ailəsində dünyaya gəlib. Uzun yol keçib, savadı, elmi, bacarığı ilə elmin pillələrində irəliləyə bilib. 27 yaşında elmlər namizədi, 35 yaşında elmlər doktoru olub.
Poeziya vurğunudur, zarafat deyil, bir əsrdən 15 il kəm yaşı olsa da azərbaycan, rus klassik şairlərinin əksər şeirlərini əzbər söyləyə bilir.
Sadə, təvazökar, mehriban insandır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edir…
Deyir ki,- "Mən babamdan çox şey öyrənmişəm. Rəhmətlik bütün günü mütaliə edərdi. Füzuli, Sədi onun sevimli şairlərindən idi. Din xadimi olduğu üçün ruhanilər onun tez-tez ziyarətinə gələrdilər. Allah kəlməsi evimizdən heç vaxt əskik olmazdı"…
Bəli, akademik Akif Əlizadənin babası nəcib seyidlərdən biri olub…
Əsilzadələrə xas olan davranışı, yüksək mədəniyyəti ilə ürəklərdə yuva qurmağı bacaran bu insan barəsində çox danışmaq olardı, amma deyə bilmədiklərimi yəqin ki, yubiley məclisində həmkarları, ürək dostları söyləyəcəklər. Məqsədim, bu işıqlı insanı, Azərbaycan alimlərinin öndərini təbrik etmək, ona möhkəm can sağlığı, işlərində uğurlar arzulamaqdır. Axı fevralın 25-də hörmətli Akif Əlizadənin 85 yaşı tamam olur...
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Bu bölməyə aid digər xəbərlər
AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb
2024-06-24 09:17:18
İsa Həbibbəyli: "Azərbaycan seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur"
2023-11-29 11:57:59
TÜBİTAK-ın AMEA ofisi yaradılıb
2023-11-19 10:31:00
AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiqləndi
2023-07-18 09:24:40
Magistrlərin “Məzun günü” keçirilib
2023-07-07 13:52:20
AMEA-nın “tefal alimləri”, yoxsa "Pensiya fondu"na çevrilmiş “flaqman”? - İTTİHAM
2023-06-06 10:54:00
AMEA: Gəncləşmə siyasətində magistraturanın çox böyük rolu var
2023-03-16 12:19:24
Seysmologiya üzrə kadrlara ehtiyac var – İsa Həbibbəyli
2023-03-16 11:48:13
AMEA-nın Ümumi yığıncaq - nazir də iştirak etdi
2023-03-16 11:46:20
“Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” - elmi konfrans
2023-03-04 12:01:00