Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 15:56:00
"İndiki təhsil sistemimizdə böyük problemlər var" - Hafiz Hacıyev

“Hazırda təhsilimizdə böyük problemlər var. İndiki təhsil sistemi bərbad vəziyyətdədir. Bu durum məni çox təəssüfləndirir. Düşünürəm ki, bununla bağlı ciddi işlər görülməlidir

Bu sözəri AzEdu.az-a açıqlamasında “Müasir Müsavat Partiya”sının sədri Hafiz Hacıyev deyib. O, mövcud vəziyyətin onu təəssüfləndirdiyini və bunula bağlı işlər görülməli olduğunu bildirib:

“Hazırda təhsilimizdə böyük problemlər var. Mövcud vəziyyətə istər-istəməz çox üzülürük. Biz Sovet dövründə, indiki tələbələr isə müstəqil dövlətdə təhsil alırlar.

Təhsilimizi o dövrlə müqayisə etdikdə çox böyük fərqlər nəzərə çarpır. Sovet dövründə universiteti bitirən kimi təyinatın olduğunu və işləyib özümüzü təmin edəcəyimizi bilirdik. İndi isə belə imkan yoxdur. Nə qədər tələbə ortalıqda qalıb. Ali məktəbi bitirib iş tapa bilmirsə, tələbə nə etməlidir? Təhsilə münasibət, məhz buradan başlayır. İndiki təhsil sistemi bərbad vəziyyətdədir. Bu hal məni çox təəssüfləndirir. Düşünürəm ki, bununla bağlı ciddi işlər görülməlidir”.

Rəna Nəbi