
Çinin ingilis dilinin öyrənilməsi üzrə “DaDa” startapı “Warburg Pincus” investisiya firmasından 255 milyon dollar qazanıb.
"DaDa” 4-16 yaşlı uşaqların ingilis dilini bu dilin daşıyıcılarının köməyi ilə öyrəndiyi virtual siniflər sistemidir. Bu platformadan Çin, Yaponiya, Tayvan, Cənubi Koreya məktəbliləri fəal şəkildə istifadə edirlər.
AzEdu.az-ın məlumatına görə, bu gün “DaDa” şirkəti müxtəlif investorlardan 860 milyon dollardan çox vəsait cəlb edə bilib. İngilis dilinin öyrənilməsi üçün Çin platformaları sürətlə məşhurluq qazanır və investisiyalar cəlb edir. “DaDa”dan başqa, “Vipkid” və “ABC360”dən də fəal surətdə istifadə edilir.
“DaDa”nın virtual siniflərində, Böyük Britaniya, Avstraliya, Kanadadan olan müəllimlər 4-16 yaşlı uşaqlara ingilis dilini tədris edirlər. Məşğələlərdən əvvəl platformanın alqoritmi uşaqların maraq və meyillərini təhlil edir, onlara şəxsi təlimatçı seçir. Uşaqlar bütün tədris dövründə təlimatçılarla işləyirlər. Valideynlər məşğələlərin gedişini, uşağın inkişafını, materialların məzmununu izləyə bilərlər.
Azərbaycan müəllimi