Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 20:12:00
BDU-nun itkin düşən tələbəsi tapıldı

Fevralın 17-si itkin düşmüş tələbə tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzEdu.az-a verilən məlumata görə, fevral ayının 17-də itkin düşən Goraboy rayon sakini Mayis Qurbanov bu gün səhər saatlarında Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

M.Qurbanov Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsidir.