
N.Nərimanov adına 45№ tam orta məktəbdə bütün təhsil səviyələri üzrə təhsil alan şagirdlərin valideynlərinin məktəbə ziyarəti təşkil edilib.
Məktəbdən AzEdu.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığın təmin olunması, qeyri-formal mühitdə məktəbin pedaqoji kollektivi ilə ünsiyyətin yaradılması idi.
Tədbirin rəsmi açılışında məktəb direktoru və direktor müavinləri valideynləri salamlayaraq onları məktəbin infrastrukturu ilə yaxından tanış olmağa və növbəti saatda dərs dinləməkdə iştirak etməyə dəvət etdi. Tədris prosesinin izlənilməsindən sonra valideynlər üçün seminar təşkil edilib.
Seminarda məktəbin I yarim ildə əldə etdiyi nailiyyətlər və uğurlar haqqında danışılaraq məktəbin pasportu təqdim edilib. Daha sonra “Məktəb-valideyn münasibətləri şağirdərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusu ətrafında geniş müzakirələr aparıldı. Dərsdinləmələrə aid olan rəylər, valideynlərin təklifləri də dinlənilib.
Tədbirin yekununda Osmanova Şəfiqə müəllimin sinif rəhbəri olduğu 3a sinfinin şagirdlərinin hazırladığı “27 il Xocalısız” adlı kompozisiya təqdim olundu. Kompozisiya böyük marağa səbəb olaraq, valideynlər tərəfindən yüksək dəyərləndirilib.