Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-26 12:12:00
Xocalı həqiqətləri Çin vətəndaşlarının gözü ilə

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.

ADU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası təqdirəlayiqdir. R.Abbasov diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımının tanınması üçün səylərini intensivləşdirməlidir. O, dünyada qanlı Xocalı hadisələri barədə həqiqətlərin yayılmasının, faciənin soyqırımı kimi tanınmasının vacibliyini qeyd edib.

Çinşünasliq ixtisası üzrə təhsil alan tələbələr Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu Çin dilində qeyd ediblər.

Tədbirdə Çin dilində Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli filmlər nümayiş olunub.