
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Hədəf STEM liseyində bir ay əvvəl elan olunmuş "Bir şəhidin kitabı" layihəsinə yekun vurulub. Müsabiqədə qalib gələn şagirdlərin mükafatlandırılma mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Millət vəkilləri Fazil Mustafa, Musa Urud, yazarlar Əkbər Qoşalı, İlqar İlkin, Elmin Nuri və mətbuat nümayəndələri iştirak də iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa liseydə təşkil olunmuş müsabiqənin əhəmiyyətindən danışaraq bildirib ki, dünyada bir çox xalqlar var ki soyqırımına məruz qalıb. Bu soyqırımılarıntəkrarlanmaması üçün bütün istiqamətlərdə biz düşməndən üstün olmalıyıq. Üstünlük yaradan əsas məsələlərdən biri də təhsil, elm sahəsidir. Ümid edirəm ki, ölkəmizdə yeni konsept olan bu lisey də bu istiqamətdə böyük işlər görəcəkdir.
Millət vəkili, şair Musa Urud çıxışında bildirdi ki, liseydə təşkil olunmuş şəhidlər haqqında yazı müsabiqəsi vətənpərvərlik ruhunun təbliği, qəhramanlarımızın tanıdılması baxımından çox əhəmiyyətlidir. Bu həm də uşaqlar arasında məsuliyyət, araşdırma qabiliyyətinin ortaya çıxmasına şərait yaradır.
Liseyin direktoru f.ü.f.d. dosent Şəmil Sadiq və şair Əkbər Qoşalı da çıxışında yazı müsabiqəsinin nəticələrinə toxunaraq, yazıların uslub, dizayn və mövzuya yanaşma tərzinin nəzərə alınaraq, yerlərin müəyyən olunduğunu bildirib. Sonra qaliblərin mükafatlamdırıma mərasimi keçirilib. İki nəfər ikinci, üç nəfər üçüncü yerə layiq görülüb. Şagirdlərə sertifikat və pul mükafatı təqdim olunub.