Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-27 20:16:00
Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Laya hidrodinamik təsir zamanı kapilyar dayanıqsızlığının tənzimlənməsi” mövzusunda seminar keçirilib. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, seminarda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov aparılan elmi-tədqiqatlarla bağlı fikirlərini bölüşüb.

 

Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov məruzəsində lay sistemində kapilyar dayanıqsızlıq proseslərinin tənzimlənməsinin Maranqoni effekti və artan hidrodinamik təsiretmə üsulları ilə mümkünlüyündən danışıb. Alim bu üsulların flüidlərin və doymuş kollektorların fiziki-kimyəvi xüsusiyyətlərini və sıxışdırma şərtlərini nəzərə almaqla aparılmasının vacibliyini əsaslandırıb.

 

Sonra suallar cavablandırılıb.