Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-28 16:05:00
Şagirdlərlə Xocalı sakinlərinin görüşü – “ 27 il Xocalısız” -FOTOLAR  

Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin şagirdləri27 il Xocalısızadlı  möhtəşəm kompozisiya  hazırlayıblar.

Tədbirlə bağlı AzEdu.az-a danışan  məktəbin direktoru Nəcibə Axundova bu kimi görüşlərin vacibliyini qeyd edib:

“Məktəbimizin III  sinif  şagirdləri  25 fevralda  “27 il Xocalısız” adlı möhtəşəm bir kompozisiyaya təşkil etdilər. Bu tədbir müəllimlərlə yanaşı, valideynlərin də böyük marağın səbəb oldu.

Eyni zamanda, məktəbin foyesində 1-dən 11-ci sinfə qədər bütün  şagirdlərin “Xocalı faciəsi” ilə bağlı əl işləri sərgiləndi”.

Nəcibə xanım, eyni zamanda, Qızılqum sanatoriyasında Xocalı sakinləri ilə baş tutan görüşdən də danışıb:

“Biz 26 fevralda  Xocalı soyqırımı zamanı hər iki valideynini itirən  25 nəfərlə görüş keçirdik. Onlardan biri milli qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənovadır. Xocalılıların yaşadıqları Qızılqum sanatoriyasında  gedib, 21 ailəyə baş çəkdik və onlara yardım göstərdik.

Cəmi, 60 ailənin məskunlaşdığı bu sanatoriyada yaşayanların  hamısı Xocalı sakinləridir.   Yasəmən xanımdan əlavə, orda Milli qəhrəman Əsgər Novruzovun da ailəsi ilə də görüşdük”.

Rəna Nəbi