
2018-04-06 11:12:33
İlahiyyat İnstitutunda 60 tələbə təhsil alacaq
"Birinci il İlahiyyat İnstitutuna 60 nəfər qəbul ediləcək"
AzEDU.az xəbər verir ki, bu barədə Azvision.az-a Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Komitə rəsmisi qeyd edib ki, ilkin mərhələdə iki ixtisas (İslamşünaslıq və Dinşunaslıq) üzrə qəbulun həyata keçirilməsi nəzərdə tutulur.
“Qəbul III ixtisas qrupunda həyata keçiriləcək. Abituriyentlər mərkəzləşdirilmiş qaydada imtahan verdikdən sonra İslamşunaslıq ixtisasını seçənlər əlavə olaraq dini psixoloji komissiyadan keçəcəklər. İnstitutun yerləşəcəyi binanın müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 9 fevral tarixli sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39