Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 12:42:00
“Təbiəti keşikçi yox, sevgi qoruyacaq” - FOTOLAR  

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə”  27 noyabr 2017-ci il tarixli  əmrinin icrası ilə əlaqədar  Lənkəran Dövlət Universiteti (LDU) ilə Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair  işlər  davam etdirilir.

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində  LDU və Astara Rayon Təhsil Şöbəsinin  birgə təşkilatçılığı ilə Astarada  “Təbiəti keşikçi yox, sevgi qoruyacaq” adlı “biologiya gecəsi” keçirilib.

Tədbiri  Astara Rayon  Təhsil şöbəsinin müdiri  Rəşad  Həsənov açıb və ali təhsil müəssisələri ilə orta məktəblər arasında əlaqələrin yaradılmasını ölkə təhsilində yenilik adlandırıb , bu addımın hər iki tərəfə , umumiyyətlə isə , elmimiz üçün səmərəli olacağını deyib.

Biologiya gecəsində Astara  şəhər 1, 2, 3, 6, Ərçivan qəsəbə 4 saylı, Təngərüd və Səncərədi kənd tam orta məktəblərinin  şagirdləri təbiətin qorunması və təbii nemətlərdən səmərəli istifadə, insan sağlamlığı,  ölkənin zəngin təbii sərvətləri, ətraf mühtinin çirklənmə səbəbləri, qlobal problemlər və s. mövzülarda  biliklərini nümayiş etdiriblər.

Tədbirdə LDU-nun Sosial  məsələlər  üzrə prorektoru dos.Kamran Kazımov, Biologiya və tibbi biliklər kafedrasının dosenti Məmmədhüseyn Hüseynov, Kimya və fizika kafedrasının dosenti Gülbəniz Qədirova, Biologiya laboratoriyasının müdiri Murad Şahverdiyev , Astara, Lənkəran, Yardımlı və Lerik rayonlarının təhsil şöbələrinin nümayəndələri , Astara Şəhər İcra Hakimiyyəti başçısının İctiami-siyasi və hümanitar şöbəsinin baş məsləhətçisi Tural Eyvazov, Astara  Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova, “Astara”  qəzetinin baş redaktoru Fəridə Ağazadə  və başqaları iştirak ediblər.

LDU-nun   sosial məsələlər üzrə prorektoru, dosent Kamran  Kazımov təbirin sonunda çıxış edərk şagirdlərə  maraqlı  gecəyə, fəal iştiraklarına görə təşəkkür edib. Orta məktəblərlə əlaqələrin bundan sonra da davamlı olacağını, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimoivun göstərişi ilə LDU-nun laboratoriya və fənn kabinələrinin yaz tətili günlərində yenidən məktəblilərin ixtiyarına veriləcəyini bildirib.