2019-03-01 12:57:00
Məktəbdə qorxulu anlar yaşandı, 10 müəllimə yardım olundu
"Samux rayonunun Tatlı kəndində yerləşən məktəbdə elə də böyük yanğın olmayıb və xəsarət alanlar da yoxdur"
AzEdu.az xəbər verir ki, bu barədə Azvision.az -a Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov bildirib. Onun sözlərinə görə, bu gün səhər saatlarında sinif otaqlarından birində tüstülənmə baş verib.
“Odun sobasının uc hissəsindəki boruda ərimə olub. Kiçik qığılcım və tüstüləmə baş verib. Qadın müəllimlər qorxudan çölə çıxıblar. Dərhal yanğınsöndürənlərə xəbər verilib. Qısa zamanda qarşısı alınıb. Ciddi yanğın olmayıb. Heç kim xəsarət almayıb", - G.Hüseynov deyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan təcili yardım həkimləri tərəfindən 10 müəllimə yardım edilib.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, "112" qaynar telefon xəttinə Samuxrayonunda Tatlı kənd ümumi orta məktəbin binasında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Məlumata əsasən, qızdırıcı sobanın bacasının ətrafında tüstülənmə yaranıb və yanğından mühafizə bölmələri çatana kimi məktəbin işçiləri tərəfindən qarşısı alınıb. Yanğın hadisəsi olmayıb.

Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16