Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 13:24:00
UNEC-də “Əlillik qüsur deyil” kitabı təqdim olunub  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzində “Əlillik qüsur deyil” kitabının təqdimatı keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, inklüziv təhsil mərkəzinin əlaqələndiricisi Sevinc Məhsimova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan kitab-albomda sağlamlıq məhdudiyyətlərinə baxmayaraq özünəinam hissi ilə yaşayan, qabiliyyətləri ilə seçilən 60-a yaxın insanın yaradıcılıq nümunələrinin əks olunduğunu qeyd edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqalib Mahmudov çıxışında əlil şəxslərin imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin mütərəqqi nəticələrindən danışıb.

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova “Əlillik qüsur deyil” kitabında uğurları qeyd olunan insanlar sırasında Mərkəzin də məzunlarının olduğunu bildirib.