
“AzEdu.az təhsil portalını yaxından izləyirəm. Mükəmməl saytdır, operativliyinə söz ola bilməz”.
Bu gün AzEdu.az təhsil portalının fəaliyyətə başlamasından 1 il ötür. Portalı yaxından izləyən ali təhsil müəssisələri də bu özəl gündə onun fəaliyyətini qiymətləndirməyi unutmadılar. AzEdu.az universitetlərin mətbuat katiblərinin portalla bağlı fikirlərini təqdim edir
Bakı Slavyan Universitetinin mətbuat katibi İbrahim Quliyev AzEdu.az-ı yaxından izlədiyini və fəaliyyətini yüksək qiymətləndirdiyini deyir:
“AzEdu.az təhsil portalını yaxından izləyirəm. Mükəmməl saytdır, operativliyinə söz ola bilməz. Mənə elə gəlir ki, jurnalistikanın ən vacib şərti operativlikdir ki, siz buna çox gözəl əməl edirsiniz. Ümumiyyətlə, istər orta, istər ali, istərsə də peşə təhsili ilə bağlı ən doğru və dəqiq informasiyanı anındaca AzEdu.az-dan ala bilirik.
Xüsusilə də son dövrlərdə prezidentin tələbələrə, məktəblərə göstərdiyi qayğını AzEdu.az peşəkarlıqla əks etdirir.
Mən sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram, belə davam etsəniz, ölkənin təhsil sahəsində ən aparıcı saytına çevriləcəksiniz”.
Azərbaycan Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov da AzEdu.az-ın fəaliyyətini yüksək qiymətləndirib. O, eyni zamanda, portalın gələcək fəaliyyəti ilə bağlı təkliflərini də irəli sürüb:
“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olaraq, AzEdu.az təhsil portalının fəaliyyətindən çox razıyıq. Qısa müddət ərzində fəaliyyət göstərmənizə baxmayaraq, sizinlə aktiv şəkildə əməkdaşlıq etmişik. Hazırda təhsil sahəsində müxtəlif saytlar fəaliyyət göstərsə də AzEdu.az qısa müddət ərzində informasiya məkanında təhsil siqmentində özünə layiqli yer tuta bildi. İndiyə qədər universitetimizin həyatının, keçirilən tədbirlərin işıqlanmasında AzEdu.az –ın mühüm rolu olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti köklü bir universitetdir ki, burada olan professor və müəllim heyəti nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində texniki təhsilə öz tövhələrini vermişlər. Onlarla bağlı materialların hazırlanmasını, texniki profilli ali məktəb olaraq layihələr, müsahibələrlə yanaşı, texniki təhsilin problemləri ilə bağlı yazıları da görmək istərdik.
Möhkəm köklərə malik bir universitet olaraq, gələcəkdə nəinki Azərbaycan eləcə də dünya texniki təhsilinə tövhələr verən müəllim heyətimizlə bağlı yazılar, eyni zamanda, texniki təhsilin problemləri ilə bağlı yazılar görmək istərdik.
AzEdu.az kollektivini 1 yaşı münasibəti ilə təbrik edirəm. Uğurlarınınızın davamlı olmasını diləyirəm. AzEdu.az saytının əməkdaşları təhsillə bağlı baş verən hadisələrə verdiyi reaksiyalar çox yaxşı haldır”.
Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova da AzEdu.az-ı bir yaşı münasibəti ilə təbrik edib, saytla əməkdaşlıqdan məmnunluğunu bildirib:
“AzEdu.az təhsil portalının bir illik fəaliyyətini və bu müddətdə Bakı Dövlət Universiteti ilə əməkdaşlığını yüksək dəyərləndirirəm. Bir yaşlı AzEdu.az təhsil portalı ətrafına gənc, dinamik, peşəkar, innovativ, müasir düşüncəli, yaradıcı, təhsili bilməklə yanaşı bu sahəni daha dərindən öyrənməyə meyl edən və bütün janrlarda təhsil məlumatları təqdim etmək bacarığında olan komanda formalaşdıra bildi. Portalın ən böyük uğuru, təbii ki, ona rəhbərlik edən şəxslər və onların hadisələrə yanaşma tərzi, idarəçilikləri ilə birbaşa bağlıdır. Bu baxımdan, bir yaşlı portalı sanki on ildir ki, yol qət edən media qurumları ilə eyni səviyyəyə qaldıra bilən Elşad Eyvazlı və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu Elmin Nurinin əməyini xüsusilə qiymətləndirmək lazımdır. AzEdu.az portalının bütün əməkdaşlarını təbrik edir, bol şans arzulayıram”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva da portalın fəaliyyətini yüksək qiymətləndirib, ad günü münasibəti ilə AzEdu.z əməkdaşlarını təbrik edib:
“Başda rəhbərlik olmaqla bütün əməkdaşlarınızı, təbrik edirəm. Yeni yaşınız uğurlu, düşərli, qələminiz iti, baxışlarınız obyektiv olsun, "düzü düz, əyrini, əyri yazın". Elşad Eyvazlı kimi peşəkar qələm sahibinin komandası olaraq bir-birindən maraqlı, oxunaqlı və fərqli layihələriniz sayəsində az müddətdə tanınıb, geniş oxucu kütləsi qazandınız. Ən əsası, Azərbaycanda təhsil sahəsində elektron mediada olan boşluğu doldurmağı bacardınız. Bu gün təhsilin bütün pillələri üzrə istədiyimiz xəbəri AzEdu.az təhsil portalından əldə edə bilirik. Təhsildəki uğurlar, çatışmazlıqlar, görünən və görünməyən bütün tərəflər sizin güzgünüzdə aydın əks olunur. Eyni zamanda təhsil müəssisəsi olaraq bizim ictimaiyyətə çatdırmaq istədiyimiz xəbərlərin yayılmasında da Sizin böyük dəstəyinizi həmişə hiss edirik.
Açığı sizin saytınızda çatışmayan cəhətlər ha fikirləşdim, amma tapa bilmədim. Bu günə qədərki fəaliyyətiniz çox yaxşıdır, məncə belə də davvam edin”.
Rəna Nəbi