
“3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək.
“Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir.
Xatırladaq ki, Azərbaycanda 10 milli park var;
1. Abşeron Milli Parkı
2. Altıağac Milli Parkı
3. Şahdağ Milli Parkı
4. Samur-Yalama Milli Parkı
5. Şirvan Milli Parkı
6. Hirkan Milli Parkı
7. Ağgöl Milli Parkı
8. Göygöl Milli Parkı
9. Qızılağac Milli Parkı
10. Zəngəzur Milli Parkı.