Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-02 17:10:00
Azərbaycanda müəllim və şagirdlərin sayı açıqlandı
 
 
“Hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb fəaliyyət göstərir”.
 
Bu barədə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirədə məlumat verib.
 
O deyib ki, həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi sayı 1 milyon 520 min nəfərə bərabərdir.