Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 13:39:00
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan olunub

Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir.

BDU-dan  AzEdu.az-a bildiriblər ki, rəsmlər yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər. Rəsmlərin məzmunu universitet həyatını əks etdirməlidir.

Rəsm əsərləri iyunun 30-dək BDU-nun Həmkarlar İttifaqı Komitəsinə təqdim edilməlidir.

Müsabiqədə I, II və III yerləri tutanlar mükafatlandırılacaq. Qaliblərə diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar veriləcək. Ən yaxşı rəsm əsərləri müxtəlif sərgilərdə nümayiş olunacaq.