
Azərbaycan Respublikasının 2019-cu ilin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsündə Azərbaycan Dövlət Aqrar Universitetinin avadanlıqlarla təchizatı üçün 2 milyon manat vəsait ayrılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Sənədə görə, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin inzibati binasının, Pambıq elit toxum emalı sexi, laboratoriya binasının layihələndirilməsi və əsaslı təmiri, avadanlıqlarla təchizatı, yardımçı binaların layihələndirilməsi və tikintisi üçün isə 851 min manat vəsait ayrılıb.
Sənəddə eyni zamanda, bitkiçilik, meyvəçilik, heyvandarlıqla bağlı torpaq sahəsinin ayrılması istiqamətində də ardıcıl işlərin aparıldığı qeyd olunub.