Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-06 11:43:04
Təhsil Naziri şöbə müdirini işdən çıxardı

Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini işdən çıxarıb.

AzEdu.az Unikal.org-a istinadən məlumat verir ki, Ceyhun Bayramovun müvafiq əmri ilə, nazirliyin Daxili Nəzarət Şöbəsinin rmüdiri Kənan Quliyev vəzifəsindən azad olunaraq, onun yerinə  İlqar Mahmudov təyin olunub.

Xəbəri Təhsil Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, İlqar Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini,  yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.