Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-06 13:14:55
Təhsil Nazirliyindən işdən çıxan şöbə müdiri ilə bağlı açıqlama - Yüksək vəzifəyə təyin olunub

Təhsil naziri Ceyhun Bayramovun şöbə müdirini işdən çıxardığı barədə məlumat yayılıb.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, yazılanlar həqiqət deyil.

“Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb və digər dövlət qurumunda yüksək vəzifəyə təyin olunub. 

Özünüzdən uydurma məlumatlar yayaraq insanları ləkələməyin, belə məlumatlar yalnız böhtan mahiyyəti daşıyır. 
Sadəcə təəssüf!”

Qeyd edək ki, Kənan Quliyevin yerinə İlqar Mahmudov təyin edilib.