Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 09:03:00
Corctaun Universitetinin professoru ADPU-da mühazirə oxuyub

ABŞ-ın Dövlət Departamentinin dəstəyi ilə Corctaun Universitetinin Uşaq və insan əlilliyi mərkəzinin tədris direktoru, professor Tobi Lonq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

ADPU-dan AzEdu.az-a bildiriblər ki, professor Tobi Lonq universitetin məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin professor-müəllim və tələbə heyətinə mühazirələr oxuyub.

Professor və müəllimlər üçün təşkil olunmuş “5 yaşa qədər uşaqlarda davranış və xarakter pozulmalarının təyin edilməsi” mövzusunda mühazirədə Tobi Lonq bildirib ki, ABŞ-da 30 il əvvəl əlil uşaqların xüsusi ehtiyaclarını və onların ailələrini nəzərə alan sistem yaradılıb.

Qonaq həmin sistem barədə məlumat verib və sualları cavablandırıb.

Tələbələrlə keçirilən görüşdə isə professor Tobi Lonq əqli gerilik və inkişaf ləngiməsi olan uşaqlarda mənəvi tələbatın müəyyən olunması, davranış pozuntuları, hiperaktivlik və bu kimi problemlərin aradan qaldırılması yolları, həmçinin kiçikyaşlı uşaqların zehni sağlamlığı haqqında təcrübələrini bölüşüb.