Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 12:52:00
Valideynlər üçün yaradılan alternativ mərkəzlər, köçkün məktəblərində qeydiyyat- I sinfə qəbul

 

Şagirdlərin I sinfə qəbulu artıq elektron qeydiyyat sistemi ilə həyata keçirilir. Hətta bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə də genişlənib.

Elektron sistemdən istifadə imkanı olmayan valideynlər üçün isə Alternativ Qeydiyyat mərkəzləri yaradılıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Həftənin sualı” verilişində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva izləyicilərin suallarını cavablayarkən deyib.

 Onun sözlərinə görə, Bakıda valideynlərə kömək üçün 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

Ümumilikdə elektron sistem tətbiq edilən rayonlar üzrə 80-dən çox Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

 Proqramda toxunulan digər məsələ də izləyicilərin ən çox bilmək istədikləri məqamlardan idi: birinci siniflərə qəbul üzrə elektron sistem tətbiq olunan rayonlarda yerləşən məcburi köçkün məktəblərinin birinci sinfinə qəbul da elektron qaydada aparılacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları