Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-08 13:20:00
Valideyinlərin nəzərinə - RTŞ-ə müraciət edib övladlarını istədikləri məktəbə yerləşdirə bilərlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva “Həftənin sualı verilişində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşların suallarını cavablayıb.

AzEdu.az xəbər verir ki, idarə müdirin müavini valideynlərin hər il rastlaşdığı yaş məhdudiyyəti məsələsinə də toxunub.

Bildirib ki, ötən illərdə məktəbə yalnız sentyabrın 15-ə qədərki tarixdə doğulan uşaqlar qəbul olunurdular. Sentyabrın 15-dən dekabrın 31-dək olan aralıqda doğulanlar isə xüsusi müsahibədən keçməli idilər:

“Sanki uşaqların baxışlarında “görəsən, məni məktəbə götürəcəklər?” sualı var idi.

İndi isə təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar uyğun vaxtlarda elektron qeydiyyatdan keçib sorğu yerləşdirə bilərlər.

Bəzi uşaqlar isə müxtəlif səbəblərdən vaxtında məktəbə gedə biməyiblər. Onların yaşı 8-dən yuxarıdır. Bu il belə uşaqların valideyninin harasa müraciət etməsinə ehtiyac yoxdur. Onlar da rahat şəkildə elektron qeydiyyatdan istifadə edə bilərlər. Belə uşaqları elektron qeydiyyatdan keçirən kimi, yaşın 8-dən yuxarı olması ilə bağlı bildiriş gələcək. Daha sonra Rayon Təhsil Şöbələrinə müraciət edib övladlarını istədikləri məktəbə yerləşdirə bilərlər. Belə şagirdlər üçün heç bir məhdudiyyət yoxdur”.

Qeyd edək ki, məktəbəhazırlıq qrupunda təhsil almamış şagirdlər üçün elektron qeydiyyat martın 13-ü saat 10-da, məktəbəhazırlıq qruplarında oxumuşlar üçün isə martın 11-dən başlanacaq. Həmin uşaqlar üçün martın 11-dən elektron sorğu yaradılması avtomatik təmin ediləcək.

Məktəbəhazırlığı dövlət hesabına oxumayan şagirdlər də elektron qeydiyyat 13 mart tarixindən başlayaraq keçməlidirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları