
2019-03-08 15:20:00
Jurnalist müraciət etdi - Nazir müavini kəndə getdi (FOTOLAR)
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyev Cənub bölgəsində səfərdə olan təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya müraciət edib.
AzEdu.az xəbər verir ki, jurnalist ondan Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbinə də getməsini, məktəbin vəziyyəti ilə yaxından tanış olmasını xahiş edib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da bölgəyə səfər edəcəyini və bu barədə nazir müavinini məlumatlandıracağını bildirib.
Daha sonra hər iki şəxs məktəbə baş çəkiblər, vəziyyətini öyrəniblər. Nazir müavini məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib.
Baş redaktor bununla bağlı feysbuk hesabında məlumat paylaşıb. Bildirib ki, Təhsil Nazirliyi problemə müsbət reaksiya verib: "Bu məni həddən ziyadə sevindirdi. Məqsədim təhsil sahəsində aparılan islahatlara kölgə salmaq deyildi. Mən də istəyirdim ki, dövlətin bu sahədə apardığı müsbət işlərdən böyük bir kəndin sakinləri də faydalansın”.




Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16