Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-08 15:35:00
“Oğlanlar sevgililərinə hədiyyə aldıqları üçün bu günü sevmirlər”- Tələbələrin  8 Mart təəssüratı

 

 8 Mart Beynəlxalq Qadınlar Günü bir çox  ölkələrdə, eləcə də Azərbaycanda qeyd olunur və qeyri-iş günü hesab edilir.

  AzEdu.az  müxtəlif universitetlərin oğlan tələbələri  arasında  sorğu keçirərək, onların bu günlə bağlı fikirlərini və zərif cinsi necə təbrik edəcəklərini öyrənməyə çalışıb:

Bakı Dövlət Universiteti  Tədbiqi Riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi Elvin Cəfərov 8 Mart beynəlxalq qadınlar gününə müsbət  münasibətinin olduğunu deyir:

“Qadınla kişi bir deyil. Biz hər nə qədər eyniləşdirsək də, bir kişi qadının çəkdiyi əziyyəti çəkə bilməz. Buna görə də belə bir xüsusi günün olması məncə, çox yaxşıdır. Başda anam olmaqla, ətrafımda olan bütün xanımları təbrik edib, imkan daxilində hədiyyə alacağam”.

 Sumqayıt Dövlət Universditeti Metrologiya, standarlaşdırma və  sertifikasiya fakültəsinin  IV kurs tələbəsi Elməddin Balacayev qadınları kişilərin baş tacı hesab edir:  

 “Məncə qadınlar biz kişilərin başının tacıdır. Ona görə 8 Mart-a münasibətim çox yaxşıdır. Bu gündə də ilk olaraq anamı və bacımı, daha sonra isə ətrafımda olan digər xanımları təbrik edəcəm.

 Azərbaycan Texniki Universitetinin IV kurs tələbəsi Kamran Kərimov  oğlanların hədiyyə aldıqlarına  görə,  8 martı sevmədyini desə  də, özü bu günü yüksək qiymətləndirir:

 “Bu günə  münasibətim çox yaxşıdır. Oğlanlar çox vaxt  sevgililərinə hədiyyə almalı olduqları üçün  8 martı sevmirlər. Məncə, əksinə, bir xanıma hədiyyə almaq kişini onun gözündə qaldırar. Bu bayramda müəllim və qrup yoldaşlrımın içində xanım olmadığı üçün, yalnız yaxınlarımı ilk olaraq da, anamı təbrik edəcəyəm”.

 Azərbaycan Dövlət Dənizçilik Akademiyası  Gəmi sürücülüyü fakültəsinin I kurs tələbəsi Ənvər Quliyevin də bu günə münasibəti yaxşıdır. O  8 Martda  ilk olaraq anasını təbrik edəcəyini bildirir:

 “Sevgilisi olanları deyə bilmərəm,  amma mənim  8 Mart-a  münasibətim yaxşıdır. Bizdə hamı oğlan olduğdan,  qrup olaraq hər hansı planımız yoxdur, özüm isə, ilk olaraq, anamı və bacımı təbrik edəcəm.

 Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin I kurs tələbəsi Səməd Cabbarov  qadınlara xüsusi qiymət verilməsinin tərəfdarıdır:  

 “Qadınlara xüsusi qiymət verilməsi çox yaxşı haldır. Bu baxımdan, 8 Martı müsbət qiymətləndirirəm. Bu gündə ilk anamı, bacımı təbrik edəcəyəm. Daha sonra qrup oğlanları ilə birlikdə kollektiv olaraq qızlara xüsusi sürpriz hazırlamaq fikrimiz var”.

 Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsinin  II kurs tələbəsi      8 Martı yüksək qiymətləndirməklə yanaşı, onu 14 fevraldan daha mühüm hesab edir.

 “8 mart beynəlxalq qadınlar gününə münasibətim çox yaxşıdır. Məncə 14 fevraldansa, 8 Martın olması daha yaxşı haldır. Bu gündə ilk analar təbrik edilməlidir. Bizim qrupda, qız yoxdur amma kollektiv olaraq müəllimələrimizi təbrik ettdik”.

Rəna Nəbi