Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-09 12:51:00
Maneken-pilotla sınaq uçuşu həyata keçirən “Dragon” kapsulu Yerə qayıdıb

İlon Maskın “SpaceX” şirkətinin Beynəlxalq Kosmik Stansiyaya göndərdiyi maneken-pilotla sınaq uçuşu həyata keçirən “Dragon” kapsulu martın 8-də Yerə qayıdıb.

AzEdu.az NASA-nın saytına istinadla xəbər verir ki, martın 2-də “Dragon” pilot kapsulu “Falcon 9” raketi ilə Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılmışdı. O, martın 3-də Beynəlxalq Kosmik Stansiyaya birləşmiş və müvafiq sınaq tədqiqatları aparmışdı. Kosmik aparat cümə günü Bakı vaxtı ilə saat 17:45-də xüsusi paraşütlərin köməyi ilə Florida ştatındakı “Cape Canaveral” kosmodromuna 450 kilometr məsafədə Atlantik okeanına enib. NASA-nın məlumatında bildirilir ki, “Dragon”un pilotlu uçuşu iyul ayına planlaşdırılır.

“Dragon” kapsulu “GO Searcher” gəmisi ilə sudan çıxarılaraq kosmodroma aparılıb.