Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-09 13:17:00
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda ixtisasartırma proqramı başlayır  

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri və məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilər üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda növbəti ixtisasartırma proqramına başlayır.

TİPİİ-dən AzEdu.az-a bildirilib ki, 36 akademik saatlıq proqramın ilk dərsi martın 15-də keçiriləcək.

Təlim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda təşkil olunacaq. Yekun qiymətləndirmədə iştirak edənlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.

Qeydiyyat martın 13-nə qədər davam edəcək.