Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-09 15:20:00
Tibb Universitetində “Temporal və endoskopik sinus cərrahiyyəsi” mövzusunda onlayn kurslar keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Temporal və endoskopik sinus cərrahiyyəsi” mövzusunda onlayn kurslar keçirilib.

Universitetin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki, təlimdə otolarinqoloqlar, cərrahlar və anatomlar iştirak ediblər. Kurslar zamanı tibb mütəxəssislərinin mövzu ilə bağlı məruzələri dinlənilib. Həmçinin kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.