Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 10:40:00
Zoologiya İnstitutu vakansiya elan edir  

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu mühəndis-proqramlaşdırıcı ştatına vakansiya elan edir.

İnstitutdan AzEdu.az-a bildirilib ki, müraciət etmək istəyən namizədlərin riyaziyyat (differensial tənliklər) sahəsində təhsilinin olması şərtdir. Universiteti yeni bitirmiş məzunlar da müraciət edə bilərlər.

Sənədlər vakansiya elan edilən gündən etibarən 1 ay müddətində [email protected]elektron ünvanına təqdim edilməlidir.