
Qazax rayonunda ikinci “Novruz mühazirəsi” keçirilir.
AzEdu.az-ın məlumatına görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi”ndə millət vəkilləri, təhsil ekspertləri və media nümayəndələri iştirak ediblər.
İlk olaraq, tədbirin keçirildiyi Səməd Vurğun adına 2 nömrəli orta məktəbin həyətində 100 meyvə ağacı əkilib.
Mühazirədə Qazax Müəllimlər Seminariyasının Azərbaycanın maarif tarixində oynadığı rol, fəaliyyəti, tanınmış yetirmələri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir və mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.