
2019-03-16 09:31:00
Bu gün qəbul imtahanlarının I mərhələsi üzrə onlayn sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi üzrə onlayn sınaq imtahanları keçirəcək.
AzEdu.az xəbər verir ki, bu imtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.
Qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə keçiriləcək sınaq imtahanlarına qeydiyyat otk.az portalında aparılır. İmtahanlar martın 16, 17 və 18-də gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər.
İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.
Qeyd edək ki, http://otk.az portalında yerləşdirilən onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.
Bu bölməyə aid digər xəbərlər
Abituriyentlərdə stress necə idarə olunmalıdır? – Psixoloqdan TÖVSİYƏ
2020-05-19 14:18:00
İmtahanlarda iştirakçılar arasında 2 metr məsafə qoyulacaq
2020-05-08 14:07:00
İmtahan mərkəzləri tibbi maskalarla təchiz olunacaq
2020-05-08 13:55:00
Buraxılış, qəbul imtahanları bu tarix və qaydalar əsasında keçirilə bilər -TƏHLİL
2020-04-10 16:08:00
Coğrafiyadan situasiya tipli tapşırıqlar - II qrup üzrə hazırlaşanlar üçün
2020-01-07 12:41:00
Polis olmaq istəyənlər üçün müsabiqə keçirilir
2019-12-05 17:40:00
Abituriyentlərin nəzərinə! - Fənlər üzrə test topluları yaxın günlərdə nəşr olunacaq
2019-11-27 15:35:00
Bu qədər abituriyent 40-dan az bal toplayıb -Kolleclərə qəbul göstəriciləri
2019-11-22 15:35:00
“150-200 bal toplayanların universitetdə təhsil alması doğru deyil” – Ekspertdən İRAD
2019-11-21 10:31:00
Ekspertdən təklif: “İnformatika fənni qəbul imtahanlarına əlavə olunmalıdır”
2019-10-27 15:16:00