
Martın 18-də Təhsil Nazirliyində bu qurumun “Bir” Tələbə Könüllü proqramının 2018-ci il üzrə ən fəal 14 tələbə-könüllüsü mükafatlandırılıb.
AzEdu.az xəbər verir ki, mükafatlandırma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov müasir dünyada təhsilin mühüm rolunu vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə daim böyük önəm verdiyini bildirib.
“Bir” Tələbə-Könüllü proqramı barədə fikirlərini bildirən Firudin Qurbanov diqqətə çatdırıb ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq, eləcə də dövlət əhəmiyyətli tədbirlərin təşkilində tələbə-könüllülərin əvəzsiz rolu olub. Nazir müavini bu proqramın ötənilki fəaliyyətini yüksək qiymətləndirib.
Sonra ayrı-ayrı ali təhsil müəssisələrindən və kollecdən olan 2018-ci il üzrə ən fəal tələbə-könüllülər sertifikatla mükafatlandırıb.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 mindən çox tələbə-könüllü bazasına malikdir.