Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-19 12:37:00
Azərbaycana yaz fəsli bu tarixdə daxil olacaq  

2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Bu barədə AzEdu.az AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.