
2019-03-20 17:14:00
Fənlər üzrə elmi-metodiki seminarlar keçirildi
AzEdu.az xəbər verir ki, ingilis dili fənni üzrə keçirilən elmi-metodiki seminarda metodist müəllim Aygün Salehova 7-ci sinif “English” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçasının məzmunu haqqında təqdimatla çıxış edib.
Azərbaycan dili və ədəbiyyat fənlərindən keçirilən elmi-metodiki seminarda 10 fevral 2019-cu il tarixdə keçirilən sınaq imtahanında istifadə olunmuş tapşırıqların imtahan nəticəsinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılıb.
Kimya fənni üzrə keçirilən elmi-metodiki seminarda isə kimya üzrə fəlsəfə doktoru Xəlil Nağıyev 9-cu sinif “Kimya” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının məzmunu haqqında təqdimatla çıxış edib.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarlarda sinif dərslikləri əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili aparılıb. Təhlil nəticəsində qeyd edilən təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınacaq.
Dərsliklərin müzakirəsi nəticəsində oradakı mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00