
Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) daha bir nüfuzlu tədbirə ev sahibliyi edəcək.
AzEdu.az xəbər verir ki, yayılmağa dəyər ideyaları xalqa çatdırmağı qarşısına məqsəd qoyan Amerika mərkəzli TED təşkilatından alınan lisenziya ilə keçiriləcək olan bu tədbir 21 aprel, 13:00-da Avropa Azərbaycan Məktəbinin Həsən Məcidov 7 C, Yasamal ünvanındakı binasında keçiriləcək.
Tədbirin diqqət mərkəzində "Trasformasiya üçün təhsil" dayanır. Bu mövzu ətrafında biri-birindən maraqlı 18 dəqiqəni keçməyən çıxışlar olacaq.
Mövcud TEDxYasamalED məruzəçilərini sizlərə təqdim edirik:
- Asif Cahangirov (Təhsil eksperti)
- Rəqsanə Məmmədova (AzEta, qurucu və prezident)
- Etibar Əliyev (Təhsil eksperti)
- Mail Yaqub (Filosof)
- Kamran Əsədov (Təhsil ekperti)
- Ceyhun Cabbarov (Engineering for Kids, qurucu)
- Dilbər Qasımova (AMİM, təlimçi)
- Vəfa Musayeva (AMİM, təlimçi)
- Sabina Hüseynova (AMİM, təlimçi)
- Emin Tahirov (AMİM, təlimçi)
- Fatimə Əliyeva (AMİM, təlimçi)
- Günay Bayramova (AMİM, təlimçi)
- Nick Nwolisa (Müəllim)
- Nərmin Zari (Magistratura tələbəsi)
Öz maraqlı çıxışları ilə qonaqlarımız məhşur reper və producer ProMete, musiqiçi Francesco Banchini, intellektual meyxanaçı Kərim Abi kimi insanlar tədbirə rəng qatacaq.
Biletin qiyməti 20 azn-dir. Yerlərin sayı məhduddur (100 yer civarında). Bu TED təşkilatının tələbidir. Ona görə də bu dəyərli tədbiri qaçırmaq istəmirsinizsə, biletinizi indidən əldə etməyə tələsin. Bileti onlayn (https://bit.ly/2UjeR9R) əldə edə, yaxud da AMİM-in ofisinə (Hüseyn Cavid 186) gəlib ala bilərsiniz. Tələbələrə endirimli qiymət 15 azn təşkil edir.
Tədbirin sonunda iştirakınızı təsdiqləyən sertifikat elektron poçt ünvanınıza göndəriləcəkdir.
Əlaqə nömrələri:
(+994 12) 599 19 67
(+994 50) 290 16 95