
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 13 fevral 2018-ci il tarixdə elan edilən ümumi müsahibədə iştirak etmək üçün 246 namizəd müraciət edib.
Dövlət İmtahan Mərkəzindən AzEDU.az-a verilən məlumata görə, müsahibələr aprelin 13-dən mayın 16-dək keçiriləcək.
Qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsinin tarixi və vaxtı barədə qrafiki təqdim edirik:
http://eservices.dim.gov.az/dqq/Report/UmMshMshQrafiki?ElanID=6
Ümumi müsahibə – vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışan şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibə.
Ərizə qəbulu və müsahibə mərhələsi üzrə statistika ilə buradan tanış ola biləcəksiniz.