Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-25 16:08:37
“Soruşmaq ayıb olmasın, otel universitetindirsə, onda universitet kimindir!?”- Ekspertdən  “Xəzər qalmaqalı”na reaksiya

Xəzər Universitetində yaşanan qalmaqal sosial şəbəkələrdə hələ də davam edir.

AzEdu.az xəbər verir ki, bu dəfə məsələyə təhsil eskperti Etibar Əliyev münasibət bildirib.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə  Xəzər Universitetinin sahibi Hamlet İsaxanlının Buzovna ilə Mərdəkan arasında “Khazar Golden Beach” adlı olduqca böyük və dəbdəbəli oteli haqqında yazılar dərc olunub:

“Hamlet İsaxanlı müsahibəsində bu məsələyə belə aydınlıq gətirdi: "Qaldı ki,  Xəzər  Universitetinin rəsmi oteli, istirahət mərkəzi var.Üstündə də yazılıb, konfrans və istirahət mərkəzi. Bütün universitetlərin istirahət mərkəzləri var. Bu otel mənim deyil, universitetindi. Mən bu məsələlərə qarışmıram. Sadəcə universitetin idarə heyəti sədri kimi universitetin inkişafı ilə məşğulam."

Soruşmaq ayıb olmasın, otel universitetindirsə, onda universitet kimindir!? Əlbəttə ki, Hamlet İsaxanlının! Universitet Hamlet İsaxanlınındırsa, onda otel də onundur, da bə! Bir də soruşmaq ayıb olmasın, bu məntiq deyilsə, bə nədir?”.

Qeyd edək ki, Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib.

Xəzər Universiteti isə mediaya açıqlamasında alimin ittihamlarını rədd etməklə yanaşı, onu başqa məsələlərdə də suçlayıb.

Mail Yaqub Xəzər Universitetinə cavabında rəhbərliyin universitetdən yığdığı milyonlarla pulla istirahət mərkəzləri yaratmağın fikrini çəkmək əvəzinə, ona şər-böhtan yağdırmaqla məşğul olduğunu ön plana çəkib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları