Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-26 15:13:00
“Narazı müəllim Xəzər Universitetindən çox da az maaş almayıb” - Ekspert

Son zamanlar Xəzər universitetindəki konflikt sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Universitetdə Fəlsəfədən dərs deyən Mail Yaqub və Xəzər Universitetinin Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı arasında yaşanan konfliktə Təhsil cameəsi də müsansibət bildirib.

AzEdu.az xəbər verir ki, təhsil eksperti Nabatəli Qulamoğlu feysbuk hesabında məsələyə belə münasibət bildirib:

“Biri uzun müddət sərxoşluq edəndən sonra tövbə edir və Allahın yoluna qayıdır: namaz qılır, oruc tutur. Amma bundan sonra onun işləri heç düz gətirmir. Günlərin birində də meşəyə odun doğramağa gedibmiş. Namaz vaxtı alnını möhürün üstünə qoymaq istəyəndə gözünə çöp batır. Əvvəlki uğursuzluqlardan da cana doyan bu şəxs əlini Allahın dərgahına qaldrıb deyir:

- Qurban olum sənə, qılma deyirsən, qılmayım da, daha gözümü niyə çıxarırsan?!

İndi keçək mətləbə. Narazı qalan hörmətli fəlsəfə müəllimi ayda 16 saat dərs deyir və 160 manat pul alır. Yəni hər 90 dəqiqəsi 20 manat puldur. Müqayisədə elə də az məvacib deyil. Bu bir yana.

Özəl ali məktəbin qaydası müqavilə ilə işləməkdir. Azərbaycan təhsil bazarının mövcud tələbi budur. Fəlsəfə müəlliminin dərs yükü azdır. Buna heç kimin qoşulmaq haqqı yoxdur”.